Azərbaycanda avtomobil təmiri sexi yanıb
Salyan rayonunda avtomobil təmiri sexində yanğın baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 1056 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 216 kvadratmetr sahədə yanıb.
Hadisə zamanı sexdə olan və təmirə dayanmış sahibi məlum olmayan “VAZ” markalı minik avtomobilinin yanar hissələri də yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb(apa).