Reklam: High Technic
hightechnic

Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüləri - Video

Lənkəran-Lerik yolunda da yol nəqliyyat hadisəsi hadisəsi baş verib.

ARB TV xəbər verir ki, qəza Lənkəran rayonun Şağlaküçə kəndində qeydə alınıb.

“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar rayonun Şovu kənd sakinləri 57 yaşlı Vədiyə Şəfiyeva, onun qızı, 36 yaşlı Əminə Şəfiyeva və gəlini, 31 yaşlı Ramilə Şəfiyeva, eyni zamanda digər avtomobilin sürücüsü, rayonun Qurumba kənd sakini 30 yaşlı Fərid Əmirov, onun sərnişini, Lerik rayonun Şingədulan kənd sakini Vaqif Bəndiyevdir.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. VAZ” markalı avtomobillin sürücüsü Lənkəranın Şovu kənd sakini 59 yaşlı Əbütalıb Şahbazov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

984