Azərbaycanda bayram namazının vaxtı açıqlandı

media-hightechnic-468x90

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, hər il olduğu kimi bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq:

“Aprelin 20-si axşam isə bayram axşamı hesab edilir və fitrə zəkatı verilir. Fitrə zəkatı hər il olduğu kimi minimum 10-15 manat məbləğ tövsiyə olunur. Məscidlərdə namaz vaxtları da hər il olduğu kimi bəzi məscidlərdə 08:00, bəzi məscidlərdə 09:00-da qılınacaq”.

Fuad Nurullayev qeyd edib ki, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 12-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.

Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı olacaq. Bayramla əlaqədar 4 gün – aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.

//apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Azərbaycanda bayram namazının vaxtı açıqlandı

media-hightechnic-468x90

nujuoQafqaz Müsəlmanları İdarəsi (QMİ) bildirir ki, mübarək Ramazan ayının bayram namazı iyulun 29-da qılınacaq

media-banner_tuq

QMİ-dən daxil olan məlumatda bildirilir ki, bu il mübarək Ramazan ayının bayram namazı iyulun 29-da Təzəpir məscidində saat 9.00-da, Əjdərbəy məscidində isə saat 8.00-da qılınacaq.

QMİ bəyan edir ki, iyul ayının 28-i bayram axşamıdır.

Qeyd edək ki, hər iki gün Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05