Azərbaycanda bəzi ərazilərə QAR YAĞIR - Faktiki hava

media-hightechnic-468x90

Azərbaycan ərazisində yanvarın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə – Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır.

Düşən yağıntının miqdarı Qaxda 5, Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Qusar, Qubada 20, Mingəçevir, Naftalanda 18, Yardımlıda 16, Tovuz, Ağstafa, Astarada 15 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05