!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu yol pullu olacaq

!Reklam – Yazi

Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisidir.

“Bu yol Bakı – Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir.

Bu yol dörd cərgəli, 1-ci dərəcəli geniş yol olacaq. Gələcəkdə bu yoldan istifadə Azərbaycanda ilk dəfə ödənişli yol kimi nəzərdə tutulur”, – deyə S.Məmmədov əlavə edib.

Qeyd edək ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

COP29

www.yenicag.az

3893
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv