Azərbaycanda bu müəssisələr özəlləşdirilir – FOTO – Yenicag.Az

Reklam

Reklam

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 sentyabr tarixində növbəti hərrac reallaşacaq.

Komitədən Yenicag.az-a verilən məlumata görə, ayın ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakların 17-si səhmdar cəmiyyəti, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Tərtər, Kürdəmir və digər bölgələrdə yerləşir. Say və qiymət baxımından fərqli səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətlərinə Tərtər Nəqliyyat, Zaqatala fındıq, Bərdə Kəndkimya kimi dövlət əmlakları aiddir.

Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9297 kv.m aralığındadır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən əmlak kompleksi torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Bu obyektin ümumi faydalı sahəsi 1169 kv.m-dir. Əmlaka sərmayə yatıraraq müxtəlif sahibkarlıq sahələrində uğur qazanmaq olar. Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Şəmkir Balıq Zavodunun ümumi faydalı sahəsi 341 kv.m-dir. Özəlləşdirilməsi üçün ilkin qiymət 45 min 250 manat təyin olunan obyektin fəaliyyətinin bərpası investora yeyinti sənayəsi üzrə yüksək gəlir qazandıracaq.

Ümumi faydalı sahəsi 10 kv.m və 190 kv.m intervalında olan qeyri-yaşayış sahələrinin 21-i paytaxtda, 3-ü isə Sabirabad, Gəncə və Samux rayonlarında yerləşir. Az investisiya qoymaqla gəlir əldə etmək istəyənlər üçün fərqli ərazilərdə yerləşən dövlət əmlakları da hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 10 kv.m, ilkin hərrac qiyməti 1250 manat olan bu qeyri-yaşayış sahəsi kiçik xidmət sahəsi üçün uğurlu seçimdir.

Hərraca çıxarılan Nissan və Vaz markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2004-2007 illəri əhatə edir. Avtomobil almaq arzusunda olan vətəndaş uyğun qiymət təyin olunmuş nəqliyyat vasitələri arasından seçim edərək sifarişçiyə çevrilə bilər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1570
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."