Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Yeniliyə əsasən, dərman vasitələrinin Azərbaycan dilində istifadə təlimatı olmadan satışı cərimələnəcək.
Yenicag.az-ın məlumatına görə, qanunvericiliyə edilən düzəlişlərə əsasən, aptek təşkilatları dərman vasitələrinin Azərbaycan dilində olan təlimatla təmin olunmasına nəzarət etməlidir. Əgər dərmanın qablaşdırmasında və ya yanında Azərbaycan dilində istifadə təlimatı olmazsa və aptek təşkilatı onu təmin etməzsə, ciddi cərimələr tətbiq ediləcək.
Yeni qaydalara görə:
Vəzifəli şəxslər üçün cərimə 1 500 manatdan 2 000 manatadək;
Hüquqi şəxslər üçün isə 5 000 manatdan 7 000 manatadək müəyyən edilib.
Bu dəyişikliklər dərmanların düzgün istifadəsini təmin etmək və istehlakçı hüquqlarını qorumaq məqsədi daşıyır.
www.yenicag.az