!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda bu xarici kanalların yayımı dayandırıldı - SİYAHI

!Reklam – Yazi

Azərbaycanda bəzi xarici televiziya kanallarının internet informasiya ehtiyatlarına giriş məhdudlaşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən məhkəməyə müraciət edilib.

Müraciətdə bildirilib ki, Audiovizual Şurasının tənzimləmə sferasına daxil olan media subyektləri “audiovizual media subyektləri” kimi təsbit olunub. Qanuna əsasən platforma operatoru (kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiya həyata keçirən fiziki və ya hüquqi şəxs) da audiovizual media subyektidir və hazırda Azərbaycan Respublikası ərazisində Şura tərəfindən verilən lisenziya əsasında 50-ə yaxın platformu operatoru fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı lisenziya əsasında fəaliyyət göstərən platforma operatorlarına böyük imkanlar yaratmaqla yanaşı, bazarda həmin operatorların fəaliyyət sferasında qeyri-sağlam rəqabət yaradan vebsaytlara və ya internet resurslara da müəyyən fürsətlər yaradıb ki, Şura yaxın vaxtlarda qanunvericilyin verdiyi səlahiyyətlər çərçivəsində bu sahədə tənzimləməni və nəzarəti gücləndirməyi planlaşdırır.

Qanuni fəaliyyət göstərən platforma operatorlarından fərqli olaraq ölkə ərazisində hər hansı lisenziya almadan, sahibkarlıq subyekti kimi qeydyiyyata alınaraq müvafiq vergiləri ödəmədən, müəllif hüquqlarına dair zəruri müqavilələr bağlamadan aylıq müəyyən ödəniş müqabilində (əksər vaxt bu ödənişlər qanuni olaraq lisenziya əsasında fəaliyyət edən operatorların təqdim etdikləri qiymətlərdən xeyli aşağı olur) xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasını (satışını) həyata keçirən və “mənşəyi məlum olmayan” bu vebsaytlar və ya internet resurslar xarici ölkələrdən xidmətlərini təqdim edirlər. Onların təqdim etdikləri paketlərdə televiziya kanallarının sayı az qala 1000-ə çatır ki, bəzən onların arasında Azərbaycanın dövlət maraqlarına ciddi ziyan vuran yayımlar həyata keçirən, o cümlədən Ermənistandan yayımlanan televiziya kanallarına da rast gəlinir.

Məhkəmənin qərarı ilə İLOOK, VipDrive,TVLider, MeLord, İseeTV, JinoPro, ZeDoom, RuLookTV, BrendTV,TOP İPTV, TTV (lorrent TV), SHARA-CLUB (https://bil.shara tv), Sharavoz, Only4.tv, VİPLime TV, Glans (https://ottg.app/), Tv-ch.ru, Megogo, Setanta stream İP, Onbir.tv internet informasiya ehtiyatlarına və onların istifadə etdiyi İP ünvanlarına müraciətlərin edilməsi məhdudlaşdırılıb./qaynarinfo

COP29

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv