Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirildi

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 16 nəqliyyat vasitəsi satılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 66 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 8 500 manat olan “Nissan Sunny” markalı avtomobil 10 800 manata, 8 200 manat olan “Volkswagen Jetta” markalı avtomobil isə 10 700 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Mzggr linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 15, 22 və 29 iyulda keçiriləcək. Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3Mzgiw linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05