Azərbaycanda daha bir SES
Şəki rayonunun ərazisindən keçən Kiş çayı üzərində kiçik su elektrik stansiyasının tikintisi başa çatdırılıb.
Bu barədə jurnalistlərə müsahibəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov məlumat verib.
A.Bədəlov bildirib ki, hazırda stansiyada tənzimləmə işləri aparılır, şəbəkə və sistem yoxlanılır. Yaxın vaxtlarda Şəki və digər rayonlarda su elektrik stansiyalarından istifadənin artırılması planlaşdırılır. (qafqazinfo.az)