Azərbaycanda dəhşətli yol qəzası baş verib
Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Saray qəsəbəsi yaxınlığında “Mitsubishi İO” markalı minik avtomobili maneəyə çırpılıb. Zərbənin gücündən avtomobil aşıb.
Hadisə nəticəsində iki nəfər yerindəcə keçinib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı BDYPİ-nin İstintaq şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır(teleqraf.com).