Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycanda drondan istifadə üçün kimdən və necə icazə alınmalıdır, məlum deyil” – Natiq Cəfərli

“Ola bilməz ki, hansısa telekanallara və ya jurnalistlərə drondan istifadə üçün icazə verilsin, amma müstəqil bloqerlərə qadağa qoyulsun”.

Bu sözləri bloqer Mehman Hüseynovun icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanmasına münasibət bildirən ReAl Partiyasının icra katibi Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Natiq Cəfərliyə görə, Daxili İşlər Nazirliyinin (DİN) drondan istifadə ilə bağlı icazə mexanizminin şərtlərini açıqlamaması bloqer Mehman Hüseynovun həbsinin əsl səbəbini sual altına salır:

“Əslində, bloqer Mehman Hüseynovun məhz drona görə saxlanılması qaranlıq qalan məsələdir. Çünki işğaldan azad olunmuş torpaqların dronla çəkilən çox gözəl görüntüləri var. Hansı ki, bu görüntülər yerli telekanallar və Türkiyəli jurnalistlər tərəfindən çəkilib. Onlar məgər o çəkiliş üçün haradansa icazə almışdılar?

Ümumiyyətlə, bu icazə prosedurunun nədən ibarət olduğu məlum deyil. Hər hansı jurnalist və ya bloqer drondan istifadə edirsə, bunun icazə mexanizmi ictimaiyyət üçün qaranlıqdır. Yəni Daxili İşlər Nazirliyi açıqlama verərkən təfərrüatları da qeyd etməlidir.

Ola bilməz ki, hansısa telekanallara və ya jurnalistlərə drondan istifadə üçün icazə verilsin, amma müstəqil blogerlərə qadağa qoyulsun. Dəfələrlə toy və ya tədbirlərin dronla çəkilişinin şahidi olmuşam. Bəs onlar icazəni kimdən alıblar?

Şəxsən qanunvericilikdə dron çəkilişi ilə bağlı icazə məsələsinə rast gəlməmişəm. Əgər belə bir qanun varsa, DİN bu qanuna istinad edərək açıqlama verməli idi. Nazirliyin verdiyi açıqlama sadəcə, ümumi söz yığınıdır. Ona görə də sözügedən həbs müstəqil jurnalist və bloqerlərin fəaliyyətinə yaradılan bir maneədir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

764
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100