!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda əhali yenidən siyahıya alınacaq - Tarix açıqlandı

!Reklam – Yazi

Azərbaycanda əhalinin siyahıya alınması 2019-cu il oktyabrın 1-dən 10-dək aparılacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Sədr bildirib ki, anket vərəqələrinin işlənməsi kifayət qədər uzun prosesdir və bu prosesin bütün mərhələləri Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş tədbirlər planında öz əksini tapıb.

T.Budaqov əlavə edib ki, siyahıyaalmanın yekunu 2022-ci ilin birinci yarısında açıqlanacaq:

“2009-cu ildə aparılmış siyahıyaalmanın yekununa əsasən, Azərbaycan əhalisinin orta tərkibi 4.7-yə bərabər olub”.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 9 981 457 nəfər təşkil edib.

www.yenicag.az

1044
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv