!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda əhalinin banklarda olan əmanətləri artıb

!Reklam – Yazi

31 avqust 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,127.1 mln. manat, kredit portfeli 11,905.5 mln. manat, cəmi öhdəlikləri isə 24,077.5 mln. manat təşkil edib.

Yenicag.az-ın məlumatına görə, bu barədə bank sektorunun icmal göstəricilərində qeyd edilir.

Sektorun balans kapitalı 4,049.6 mln. manat olub. 2018-ci ilin avqust ayı ərzində bank sektorunun aktivləri 0.7% (196.4 mln. manat), öhdəlikləri 0.3% (79.2 mln. manat), balans kapitalı isə 3% (117.2 mln. manat) artıb. Bank sektorunda kredit aktivliyi davam edir. Avqust ayında bankların kredit portfeli 1.2% (135.9 mln. manat) artıb. Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5% (567.9 mln. manat) artım olub.

Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri avqust ayı ərzində 0.2% (13.8 mln. manat) artıb. Ümumilikdə isə cari ilin avqust ayında fiziki şəxslərin əmanətləri 0.4% (28.6 mln. manat) azalaraq 7,939.9 mln. manat təşkil edib.

Bank sektoru cari ilin 8 ayı ərzində 441 mln. manat əməliyyat mənfəəti, 103.8 mln. manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 468 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti avqust ayı ərzində 0.4% (61 nəfər) artaraq 16 936 nəfər təşkil edib. Ümumilikdə isə ilin əvvəlindən sektorda çalışanların sayı 4.7% (765 nəfər) artıb.

31 avqust 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

COP29

www.yenicag.az

4763
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv