Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi artırılır

media-hightechnic-468x90

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək.

Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.

Milli Məclisin bu gün keçirilən iclasında məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600