Azərbaycanda elektromobillərdən İSTİFADƏ: "Avadanlıqların keyfiyyətinə xüsusi nəzarətin olması vacibdir"

media-hightechnic-468x90

“Fərqli tətbiqlər, yararsız avadanlıqlar və standart uyğunsuzluğu elektromobil sahiblərinin çətinliyi böyüyür.”

Vahid tətbiq sistemi yoxdur, sürücülər hər stansiya üçün ayrı proqram yükləməyə məcburdur. Bunu Yenicag.az-a açıqlamasında texnobloqer Fərid Pərdəşünas deyib.

O, Azərbaycanda elektromobil istifadəçilərinin qarşılaşdığı əsas problemlərdən danışıb.

“Hazırda hər bir şarj stansiyası fərqli mobil tətbiq vasitəsilə işləyir ki, bu da sürücülər üçün ciddi çətinlik yaradır. Şarj şirkətləri arasında rəqabət olduğundan vahid tətbiq sisteminin yaradılması onlara sərf etmir.”

Texnobloqer həmçinin şarj stansiyalarının sayının az olduğunu, mövcud stansiyaların isə əsasən Çin istehsalı olan CPT standartlı portlarla təchiz edildiyini bildirib.

“Bu vəziyyət Azərbaycanda artan Çin elektromobillərinin idxalı ilə əlaqələndirilir. Azərbaycan Avropa standartlarına daxil olduğu halda, şarj məntəqələrində əsas növbələr Çin avtomobillərinə uyğun portlarda yaranır.”

“Digər problem rayonlarda şarj stansiyalarının olmamasıdır. Tələbat az olduğu üçün şirkətlər bölgələrə investisiya qoymaq istəmir. Bu da elektromobil sürücülərinin rayonlara səfərləri zamanı ciddi maneələr yaradır,” – o deyib.

Fərid Pərdəşünas əlavə edib ki, bazarda keyfiyyətsiz Çin avadanlıqlarının quraşdırılması da böyük problemdir.

“Belə cihazlar qısa müddətdə sıradan çıxır və hətta avtomobillərin batareyasına zərər verə bilir. Bu səbəbdən stansiyalarda istifadə olunan avadanlıqların keyfiyyətinə xüsusi nəzarətin olması vacibdir.”

Ətraflı videomaterialda:

 

Samir Məcidov

Səxavət Əliyev

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa