Azərbaycanda ən çox alınan avtomobilər

media-hightechnic-468x90

f8d2aa8450d99778969f4bb31cb6e3d5_XLDövlət Statistika Komitəsi avtomobillərin markalarına görə bölgüsünü açıqlayıb.

2012-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan 958 594 minik avtomobilindən 395640 ədədi və ya 41%-i VAZ modeli olub. Həmçinin Azərbaycanın minik avtomobili parkının 15,5%- Mercedes-Benz, 5,1%-i QAZ, 4,6% Hyundai, 3,5%-i Toyota, 3,2%-i Opel, 2,7%-i Moskviç, 2,4%-i Nissan, 2,1%- BMW, 2%-i KİA, 1,9%-i Mitsubishi modellərindən 23,8%-i isə digər markalı avtomobillərdən ibarətdir.

Ötən il, 23688 Mercedes-Benz, 7203 Hyundai, 5346 KİA, 6212 Toyota, 3569 Nissan, 3278 Chevralet, 3232 Wolkswagen, 3161 Mitsubishi avtomobili qeydiyyata alınıb.

Eyni zamanda Azərbaycanda 958 Porsche, 6069 Lexus, 150 Jaguar, 82 Buick, 2911 Audi avtomobili var.

Qeyd edək ki, 2012-ci ilin sonuna ölkəmizdə 1 milyon 135 min 936 ədəd nəqliyyat vasitəsi, o cümlədən 958594 minik avtomobili, 29647 avtobus, 130019 yük avtomobili, 11936 xüsusi təyinatlı avtomobillər, 2067 motosiklet qeydiyyatda olub. Azərbaycanda hər 1000 nəfərə 124 avtomobil və 104 minik avtomobili düşür. (marja.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600