Azərbaycanda gələn il dini sahəyə bu qədər vəsait ayrılacaq
2026-cı ildə Azərbaycanda dövlət büdcəsindən İlahiyyət İnstitutuna 3,9 milyon manat, İlahiyyət Kollecinə isə 9 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Yenicag.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
Bundan başqa, onun sözlərinə görə, gələn il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 14 milyon manat vəsait ayrılması planlaşdırılır.
“Dövlət dini sahəyə diqqət göstərir və bütün istiqamətlərdə vəsaitlərdə artım nəzərdə tutulub. Dini kadrlar hazırlanması, dini dəyərlərin təbliğ olunması istiqamətində kifayət qədər vəsait ayrılacaq”, – deyə nazir müavini qeyd edib./Report/











