Şeyxin bacısı oğlu həbs edildi – Atası polisə təhvil verdi
Aprelin 10-da -da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Eyni zamanda E. Sultanov həmçinin bildirib ki, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Qeyd edək ki, Tamerlan Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur və atası tərəfindən polisə təhvil verilib. Onu da bildirək ki, Şərif Əsədullayev QMİ sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.