Azərbaycanda hava şəraiti pisləşəcək

media-hightechnic-468x90

c8914b852612607b7be8ae5435f01f84Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, paytaxt və Abşeron yarımadasında arabir güclənəcək mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq.

Axşam havanın kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 1-3 dərəcə isti olacaq.

Bölgələrdə gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin olacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısından isə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, günün birinci yarısında 5-10 dərəcə isti, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05