Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi

media-hightechnic-468x90

Tacikistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan Respublikasının vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05