Azərbaycanda hər 10 min nəfərə 15 vəkil düşəcək.
Yenicag.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov qeyd edib ki, bu gün bütün mərhələlərdən keçmiş, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş 264 nəfər namizəd vəkilliyə qəbul olunacaq:
“Beləliklə, ölkədə vəkillərin sayı ilk dəfə olaraq 1500-ü ötəcək. Bu, çox böyük bir göstəricidir. Əgər cəmi 3 ay bundan əvvəl ölkədə hər 10 min nəfərə 9 vəkil düşürdüsə, artıq bu rəqəm 15 vəkil təşkil edəcək”.
O vurğulayıb ki, bu, çox ciddi bir irəliləyişdir, eyni zamanda, regionlarda vəkillərin sayı kəskin artacaq.
www.yenicag.az