Azərbaycanda ictimai iaşə dövriyyəsi artdı

media-hightechnic-468x90

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8 % artaraq 614,5 milyon manat olub.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 %-i hüquqi şəxslərin, 48,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 7,1 % artaraq 311,4 milyon manat olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600