!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda insan alverinə qarşı mübarizə: “Onların təhlükəyə məruz qalmaması üçün...”

!Reklam – Yazi

“Vətəndaşların insan alveri və fahişəliyə cəlb edilməməsi ilə bağlı mühüm işlər həyata keçirilir”.

Bu gün Köləliyin ləğv edilməsi uğrunda Beynəlxalq mübarizə günüdür. Belə ki, 1949-cu ilin bu günündə BMT-nin Baş Assambleyasında “İnsan alverinə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında” konvensiya qəbul ediıib.

Bəs Azərbaycanda qlobal miqyasda aktuallığı azalmayan bu problemlə mübarizə sahəsində vəziyyət necədir?

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmiraslanova Yenicag.az-a açıqlamasında Azərbaycanda bu istiqamətdə çox ciddi addımların atıldığını bildirib:

“İl ərzində regionlarda insan alveri və fahişəliyin istismarına qarşı maarrifləndirici işlər həyata keçirilir. İnsanların qurbana çevrilməsinin qarşısının alınmasına yönəlik addımlar vətəndaşların bu kimi təhlükələrə məruz qalmamalarına yardım edir”.

Təşkilat sədri qeyd edib ki, insan alveri qurbanlarına dəstək olmaq üçün Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 152 “Qaynar xətt”i yaradılıb:

“Qaynar xətt”ə müraciət edən şəxslərlü mavafiq söhbət aparılır və onlara hansı halllarda ehtiyatlı olmaları başa salınır. Qurbana çevrilən şəxslərin cəmiyyətə inteqrasiya olunmasına da yardım göstərilir.

Həmin şəxslər üç ay müddətinə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin sığınacağına yerləşdirilir və orada təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardım alırlar”.

Onu da qeyd edək ki, ötən 5 ildə qeydə alınmış 755 insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəхs cinayət məsuliyyətinə cəlb оlunub. Müəyyən edilmiş 356 qurbandan 312-si təhlükəsiz sığınacaqlara yerləşdirilib və hər birinə birdəfəlik müavinət, 280 qurbana isə Kömək Fondundan yardımlar verilib.

Daha 124 nəfər işlə təmin edilib, 188 nəfər peşə kurslarına cəlb оlunub və onların bir çохu Əmək və Əhalinin Sоsial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərində qeydiyyata götürülüb. Səhiyyə Nazirliyi tərəfindən isə 706 insan alveri qurbanına və potensial qurbana tibbi yardım göstərilib.

Gülşən Şərif

www.yenicag.az

1973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv