!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda klub prezidenti dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT

!Reklam – Yazi

“Ağsu Siti” futbol klubunun prezidenti Rəmzi Eminli barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Yenicag.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.

Rəmzi Eminli ötən ilin oktyabrında həbs edilib. İş materiallarına görə, “Ağsu Siti”nin prezidenti “Aran” futbol klubunun rəhbərinə qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə Kərim İmran oğlu Axundov zərərçəkmiş qismində tanınıb. Lakin onun “Aran” klubuna bağlılığı barədə məlumatlara rast gəlinmir.
“Ağsu Siti”yə gəlincə, klub Region Liqasının fəal iştirakçısı olub. Lakin ötən mövsüm “Ağsu Siti” çempionatdan kənarlaşdırılıb. İddialara görə, Rəmzi Eminli ilə futbolçular arasında problem yaranıb. Pullarını ala bilməyən oyunçular üç matçda meydana çıxmayıblar. Bundan sonra AFFA klubu çempionatdan kənarlaşdırıb.

Rəmzi Eminlinin ittiham olunduğu maddədə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya bir ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

COP29

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv