Azərbaycanda koronavirusa yoluxanların sayı 175 mini ötdü - STATİSTİKA

media-hightechnic-468x90

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 451 yeni yoluxma faktı qeydə alınıb, 4 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1 922 nəfər vəfat edib, aktiv xəstə sayı 62 034 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 059, bu günə qədər isə ümumilikdə 1 953 303 test icra olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600