Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.
Yenicag.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 134 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 197 545 test aparılıb.
Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 1 680 nəfərə çatıb. 2 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
www.yenicag.az