Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq

media-hightechnic-468x90

Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirməsi hallarından sığortalanması üzərində iş aparılır.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkilatçılığı ilə Bakıda keçirilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda tədbirdə bildirib.

“Bildiyiniz kimi borcalanların həyatının, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası tətbiq olunur. AMB bununla əlaqədar qaydalar qəbul edib və bu sığorta məhsulu uğurla tətbiq edilməkdədir. Eyni zamanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanması üzərində iş gedir. Bu məhsulun parametrləri müəyyən edilir, qaydalar hazırlanır. Yəqin ki, yaxın aylarda bu məhsulla bağlı yenilikləri görə biləcəyik. Bu proses biznes kreditlərinin əhatə olunması üzrə davam edəcək”, – deyə o qeyd edib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa