Azərbaycanda ləğv prosesində olan 2 bankın əmlakı hərraca çıxarılır

media-hightechnic-468x90

İyunun 22-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin, iyunun 29-da isə “Texnikabank” ASC-nin daşınar və daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət “Atabank”a məxsus 1 ədəd “ProLiant DL360 Gen9” markalı server avadanlığından və “Texnikabank”a məxsus Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən 284,4 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Əmlaklara müvafiq olaraq 1,6 min manat və 60 min manat qiymət qoyulub.

Xatırladaq ki, “Atabank”ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə 2020-ci ildə, “Texnikabank”ın lisenziyası isə 2016-cı ildə ləğv edilib.

Qeyd edək ki, “Texnikabank” 1994-cü ildə dövlət qeydiyyatına alınıb. “Atabank” isə 2000-ci ildə yaradılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa