Azərbaycanda lift istehsal ediləcək

media-hightechnic-468x90

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeni rezident tərəfindən Sənaye Parkının bir hektar ərazisində lift istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 3.7 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 1200 ədəd lift istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə şirkət tərəfindən Sənaye Parkında eskalator istehsalı layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 270 milyon manat olan 29 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600