Azərbaycanda milyonlarla borcu olan şirkətlər bağlandı

media-hightechnic-468x90

Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər ləğv olunub

Yenicag.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar ALTİS və KOMETA-A şirkətləridir. Hər iki MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib.

Məlumat üçün bildirək ki, ALTİS şirkətinin hazırda 3 517 315,86 manat, KOMETA-A şirkətinin isə 1 312 046,04 manat vergi borcu var.

Bundan əlavə, həmin şirkətlərin qoşulduğu Azlayihə İnşaat MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcuddur. Onun vergi borcunun miqdarı 6 142 328,10 manat təşkil edir.

Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. ALTİS-in qanuni təmsilçisi Cavid Fuad oğlu Mahmudov, KOMETA-A-nın qanuni təmsilçisi isə Samran Tahir oğlu Eyvazovdur.

2012-ci ildə dövlət qeydiyyatına alınan Azlayihə İnşaat-ın isə qanuni təmsilçisi Talıb Sabir oğlu Hüsyenovdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600