Azərbaycanda onlayn platformaların ƏDV PROBLEMİ: "Qanunvericilik dəyişməlidir" - VİDEO
Son zamanlar Azərbaycanda onlayn ticarət platformalarının vergi məsələləri gündəmə gəlir.
Yenicag.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, ölkədə fəaliyyət göstərən bir çox onlayn platforma əlavə dəyər vergisi (ƏDV) ödəyicisi deyildir.

O, bu sahədə qanunvericilikdə ciddi dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.
Ekspertin sözlərinə görə, bu dəyişikliklər həyata keçirilsə, həm yerli istehsalçılar, həm də istehlakçılar üçün şəffaf və ədalətli ticarət mühiti formalaşa bilər.
“Həmin platformaların əksəriyyəti Azərbaycanda qeydiyyatda deyil, sadəcə burada nümayəndəlikləri fəaliyyət göstərir. Bu isə o deməkdir ki, ƏDV-nin tətbiqi hazırda çətinliklərlə üzləşir. Əgər onlayn alış-verişə ƏDV tətbiq olunarsa, bu, təbii ki, məhsulların qiymətinə təsir edəcək və qiymətlərin artmasına səbəb olacaq,” – deyə o qeyd edib.
Ətraflı videomaterialda:
Samir Məcid












