Azərbaycanda ötən il istehlakçılara 104 min manat qaytarılıb

media-hightechnic-468x90

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılan 735 istehlakçı müraciətinin 220-ni təmin edib.

Yenicag.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu sahədə istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilən vəsaitin ümumi məbləği 104 631 manat təşkil edib.

“Rəqabət Məcəlləsində yer alan #təbiiinhisar subyektlərinin müştərilərin qanuni mənafelərinə mənfi təsir göstərə bilən davranışlarına dair tənzimləmə üsulları istehlakçı müraciətlərinin səmərəli həllinə fayda verəcək”, – deyə məlumatda qeyd edilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600