Azərbaycanda ov mövsümü açıq elan edildi

media-hightechnic-468x90

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və 22 yanvar 2025-ci il tarixindən Azərbaycan Respublikası ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Yenicag.az-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları nazirliyin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.

“Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə etsinlər”, – deyə o qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600