Azərbaycanda pandemiya ilə bağlı son durum açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 237 nəfər müalicə olunaraq sağalıb, 10 068 nəfər vəfat edib, aktiv xəstə sayı 333 nəfərdir.

Ölkədə son sutka ərzində  1 068, hazırkı dövrədək isə 7 469 502 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 939 457, birinci doza peyvəndlərin ümumi sayı 5 400 834, ikinci doza vaksinlərin sayı 4 876 581 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 396 980, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 265 062 olub.