!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda pandemiya ilə bağlı SON GÖSTƏRİCİLƏR - Ən çox yoluxma bu ərazidədir

!Reklam – Yazi

Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.

Məlumata görə, ən yüksək yoluxma faizi yenə də Bakı şəhərində qeydə alınıb – 53,4 faiz.

Abşeronda 13,4 faiz, Aranda 12,4 faiz, Gəncə-Qazaxda 7,3 faiz, Şəki-Zaqatalada 3,6 faiz, Quba-Xaçmazda 3,3 faiz, Lənkəranda 2,5 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Yuxarı Qarabağda 1,5, Naxçıvanda 0,06 faiz təşkil edir.

Məlumata görə, paytaxt üzrə yoluxmanın 14,6 faizi Binəqədinin, 13,5 faizi isə Xətai rayonunun payına düşür. Sabunçuda yoluxma səviyyəsi 11,8 faiz, Yasamalda 11,7 faiz, Suraxanıda 8,4 faiz, Nərimanovda 7,8 faiz, Nəsimidə 7,6 faiz, Xəzərdə 7,6 faiz, Nizamidə 7,1 faiz, Səbaildə 4,9 faiz, Qaradağda 4,4 faiz, Pirallahıda 0,5 faiz olub.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 520 068 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486 426 nəfər müalicə olunaraq sağalıb, 6 939 nəfər vəfat edib, aktiv xəstə sayı 24 827 nəfərdir.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv