Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 5,1 mlrd. manat olaraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb.
İstehlak mallarının 99,9%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 11,6%-i hüquqi şəxs statuslu özəl müəssisələrdə, 51,6%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 36,7%-i əmtəə bazarlarında satılıb. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin birinci rübünün səviyyəsini 9,4% üstələyərək 5 076,5 mln. manat olub.
Pərakəndə əmtəə dövriyyəsində real artımın 8,5%-i hüquqi şəxslərin, 82,4%-i hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində, 9,1%-i isə əmtəə bazarlarında yaranıb(apa).