Azərbaycanda peyvənd olunanların SAYI

Avqustun 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 71 732 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 070 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 392 409 təşkil edir.