İzləyənlər xatırlayar (izləməyənlər üçün hiperlinklə İSTİNADı qoyuram bura), koronavirus əleyhinə vaksin olunmaq üçün öncədən növbə götürüb getdiyim 3 saylı şəhər poliklinikasında şahid olduğum "sırasızlıq" və "növbəsizlik" haqqında yazmış və haqlı olaraq belə bir sual ortaya qoymuşdum ki, nə üçün onlayn qeydiyyatdan keçən vətəndaşlara qeydiyyatdan keçmə zamanına görə avtomatik sıra nömrəsi təyin edilmir ki, xəstəxana və poliklinikalarda insanlar rahat şəkildə vaksinlərini olunsunlar, vaxt itirməsinlər.
“Peyvəndin hər iki dozasını almış şəxslər qorunmuş hesab olunur. Düzdür, peyvəndlərin özləri də koronavirusdan yüz faiz qorumur və yeni mutasiya olunmuş variantlar yaranır. Amma hər halda müəyyən qoruculuq qabiliyyəti- immunitet əmələ gəlib ki, insan yoluxduğu halda belə, onun üçün xoşagəlməz nəticələr olmayacaq”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vaksinasiyadan sonra tibb işçiləri arasında virusa yoluxma halının olub-olmaması məsələsinə münasibət bildirib.