Azərbaycanda qadağan olunan dərmanlar

media-hightechnic-468x90

Apteka_180608Azərbaycan Səhiyyə Nazirliyi (SN) müxtəlif adlı dərmanların bəzi seriyalarının satışını və istifadəsini qadağan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, buna səbəb həmin dərmanların Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laborator müayinədən keçməməsidir. Nazirliyin siyahısında müxtəlif adlı dərmanların 341 sayda seriya nömrəsi qeyd edilib.

Satışı və istifadəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin – Türkiyə, Rusiya, Belarus, Ukrayna, Macarıstan, Polşa, Rumıniya, Avstriya və Yunanıstanın istehsalıdır.

Nazirliyin qadağan etdiyi dərman seriyaları arasında Türkiyə istehsallı dərmanlar üstünlük təşkil edir. Bu dərmanların demək olar ki, çoxunun istifadə müddəti 2015-2018-ci illərdə bitir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600