Azərbaycanda qeyri-rezidentlərin bank əmanətlərinin həcmi artdı

media-hightechnic-468x90

2025-ci ilin iyun ayının 1-nə Azərbaycanda fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.1% artaraq 15 milyard 63 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) Yenicag.az-a bildirilib ki, bu dövrdə rezidentlərin depozitləri 13 milyard 698.8 milyon manata, qeyri-rezidentlərin depozitləri isə 1 milyard 364.2 milyon manata bərabər olub.

Qeyd edək ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə rezidentlərin depozitləri 10.8%, qeyri-rezidentlərin depozitləri isə 4% artıb.

Xatırladaq ki, hesabat tarixinə fiziki şəxslərin depozitlərinin 67.3%-i ( 10 milyard 136 milyon manat) milli valyutada, 32.7%-i (4 milyard 927 milyon manat) isə xarici valyuta saxlanılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600