!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda qeyri-sabit hava şəraitinin səbəbləri AÇIQLANDI – Bu tarixədək davam edəcək

!Reklam – Yazi

“Kontinental Arktik hava kütlələri isə əsasən Şimal-Qərbi Sibir, Karа, Barens dənizi rayonlarından Xəzər dənizi və Azərbaycan ərazisinə müdaxilə edir və hava şəraitinin pisləşməsinə səbəb olur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraitinin səbəbləri haqda danışan meteroloq Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, sinoptik şəraitlə əlaqədar olaraq, qeyri-sabit hava şəraitinin hələ bir neçə gün-təxminən may ayının 25-dək olacağı ehtimal edilir:

“İlin isti aylarında dəniz Arktik hava kütlələri Mərkəzi Avropanı keçərək, Qara dəniz, Kiçik Asiya yarımadası və Aralıq dənizinin şərq hissəsinə yayılır, nəticədə havanın temperaturnun kəskin dəyişməsi və leysan yağıntıların yağması müşahidə olunur. Kontinental Arktik hava kütlələri isə əsasən Şimal-Qərbi Sibir, Karа, Barens dənizi rayonlarından Xəzər dənizi və Azərbaycan ərazisinə müdaxilə edir və hava şəraitinin pisləşməsinə səbəb olur. Sinoptik şərait Avropanın şimal-şərq hissəsi, şimal-qərbi Sibir və Barens dənizləri üzərində antisiklonun formalaşması ilə səciyyələnərək, havanın temperaturu normadan aşağı düşməsinə gətirib çıxarır. Aşağı təbəqələrdə faktiki temperaturla norma arasındakı fərq 4-6°C, yuxarı təbəqələrdə isə 2-3°C arasında dəyişir”.

C.Hüseynov qeyd edib ki, hazırda respublikamızın ərazisində müşahidə olunan hava şəraiti may ayı üçün xarakterik olmasa da, Siklon və Antisiklonların fəaliyyətinin nəticəsi olan Dəniz Arktik və Kontinental Arktik hava kütlələrinin ölkəmizin ərazisinə daxil olmasıyla havanın temperaturnun kəskin düşməsinə və intensiv leysan yağıntıların, yüksək dağlıq ərazilərdə qar şəklində yağmasına, sahilyanı və düzənlik ərazilərdə isə güclü küləklərin əsməsinə səbəb olub:

“Sinoptik şəraitlə əlaqədar olaraq respublikamızda havanın temperatur göstəricilərinin may ayının I və II dekadaları, yəni, ongünlükləri üzrə normadan aşağı olacağı və qeyri-sabit hava şəraitinin hələ bir neçə gün-təxminən may ayının 25-dək olacağı ehtimal edilir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv