Azərbaycanda qızıl kəskin şəkildə bahalaşdı - Son qiymətlər

media-hightechnic-468x90

Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 216 manata bərabər olub.

Yenicag.az xəbər verir ki, 1 qram qızılın qiyməti bu gün 2,5% və ya 5,2 manat bahalaşıb.

Son bir ay ərzində isə qızlın qiyməti 10,8% və ya 21 manat, bu ilin əvvəli ilə müqayisədə isə 49,5% və ya 71,5 manat artıb.
Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib.

Son 15 il ərzində qızılın qiyməti 7,5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 16 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.

Onu da bildirək ki, sürətli bahalaşma təkcə qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətində müşahidə olunmur. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalaşır. Zərgərlik dükanlarında satılan 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti  yanvar ayında 722,5 manat olduğu halda sentyabr ayında 837 manata qədər bahalaşıb./Yeniavaz.com

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa