Azərbaycanda qoyulan diaqnoza inanmadı, bütün həyatını məhv etdi - VİDEO
Bir neçə ay öncə Pərvanə Məhərrəmova adlı Gürcüstan vətəndaşı Azərbaycanda Milli Onkologiya Mərkəzinə müraciət edir və Onkoloq Anar Məmmədov tərəfindən onkoloji xəstəlik diaqnozu qoyulur.
Altı ay əvvəl Pərvanəyə beş kurs müalicə təyin edilir və xəstəliyin dördüncü mərhələdə olduğu bildirilir.
Azərbaycan vətəndaşı olmadığı üçün Pərvanə Gürcüstana qayıtmalı olur və həkim ona orada da müalicəsini davam etdirməsini tapşırır.
Lakin Gürcüstanda özəl klinikada müayinə olunduqdan sonra Pərvanəyə Azərbaycanda səhvən xərçəng diaqnozu qoyulduğu bildirir. Pərvanə bu nəticəyə inanaraq müalicəsini yarımçıq saxlayır. Anar Məmmədov isə Azərbaycanda qoyulan diaqnozun düzgün olduğunu təsdiqləyir, lakin nə xəstə, nə də klinika bu iradı qəbul etmir.
Aylar sonra Pərvanənin vəziyyəti getdikcə pisləşir və o, Azərbaycana gələrək Anar Məmmədovdan kömək istəyir.
Daha ətraflı videoda: