Azərbaycanda quş ətinin qiyməti bahalaşdı

media-hightechnic-468x90

VLUU L310W L313 M310W / Samsung L310W L313 M310Wİyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşıb.

Birillik bitkilərin istehsalçı qiymətləri 2,5 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,0 faiz bahalaşıb.

Birillik bitkilərdən günəbaxan toxumunun istehsalçı qiymətləri 0,6 faiz, yoncanın istehsalçı qiymətləri 4,3 faiz bahalaşmış, arpanın istehsalçı qiymətləri 4,3 faiz, payızlıq arpa toxumunun 1,0 faiz, yaşıl lobyanın 0,4 faiz, göyərtilərin 3,6 faiz, xiyarın 19,0 faiz, badımcanın 60,2 faiz, pomidorun 5,0 faiz, baş sarımsağın 1,2 faiz, baş soğanın və kartofun 0,2 faiz, quru otun istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən gilasın istehsalçı qiymətləri 5,0 faiz, alçanın 3,1 faiz, fındığın istehsalçı qiymətləri 3,9 faiz ucuzlaşıb, limonun istehsalçı qiymətləri isə 3,7 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,4 faiz, diri ev quşlarının 0,2 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymələri 21,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,0 faiz, mal ətinin (diri çəkidə) 0,2 faiz, südün 1,4 faiz, diri qoyun və keçilərin 0,3 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 2,2 faiz, yumurtanın 3,1 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600