Azərbaycanda rəsmi qeydiyyatda olan talassemiya xəstələrinin SAYI AÇIQLANDI

media-hightechnic-468x90

Azərbaycanda talassemiya diaqnozu qoyulan 3209 nəfər rəsmi qeydiyyatdadır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki,bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 1654 nəfəri kişi, 1555-i isə qadınlardır.

Mərkəzdən bildirilib ki, Talassemiya daşıyıcılarının dispanser qeydiyyatı aparılmır, çünki daşıyıcılar sağlam şəxslər hesab olunur:

“2015-ci ildən etibarən yeni ailə quran şəxslərin talassemiya daşıyıcılığına görə müayinəsi həyata keçirilir və aparılan müayinələrin nəticələrinə əsasən ölkə üzrə daşıyıcılıq göstəricisi təxminən 4 % təşkil edir”.

Həmçinin qeyd olunub ki, hazırda təxminən 300 nəfər talassemiyalı pasiyent sümük iliyi transplantasiyası üçün gözləmə siyahısındadır:

“Cari ildə Milli Hematologiya və Transfuziologiya Mərkəzində 14 nəfərə sümük iliyi transplantasiyası icra olunub. Onlardan 6 nəfəri talassemiya diaqnozu olan pasiyentlərdir”.

Xatırladaq ki, 8 May – Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05