!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda "Sağlam qidalanma təlimləri" adlı layihə başa çatdı - FOTOLAR

!Reklam – Yazi

30 avqust 2024-cü il tarixdə “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam qidalanma təlimləri” adlı layihəni yekunlaşdırıb.

Tədbiri giriş sözü ilə Birliyin sədri Emil Əkbərov açaraq layihə barədə məlumat verib: “1996-cı ildə qida problemləri ilə bağlı keçirilən Dünya Qida Sammitində qida təhlükəsizliyi anlayışı müəyyən edilmişdir. Qida təhlükəsizliyi “bütün insanlar sağlam və aktiv həyat tərzi keçirmələri üçün istənilən vaxt kifayət miqdarda keyfiyyətli qida əldə etdikdə” yaranan vəziyyət olaraq müəyyənləşdirilmişdir. Bir qayda olaraq, qida təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qida üstünlüklərini təmin edən qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Son bir ildə dünyanı cənginəalan pandemiya isə qida təhlükəsizliyi mövzusunu daha aktual etmiş, insanları daha diqqətli olmağa vadar etmişdir. Bu mənada “Sağlam qidalanma təlimləri” adlı layihəsinin reallaşdırılması zəruridir. İMD İB olaraq hesab edirik ki, yetərli deyil və Vətəndaş Cəmiyyəti bu istiqamətdə öz tövhəsini verməlidir. Təklifimizə müsbət cavab verdiklərinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirəm”

Daha sonra Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev qida təhlükəsizliyi mövzusunda bu kimi layihələrin reallaşmasının önəmindən danışdı.

Sonra Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova geniş təqdimatla çıxış edərək sözügedən sahədə olan problemlərdən və onların həlli yollarından danışdı.

Daha sonra Cərrah Ankoloq Aytac Məmmədova geniş məruzə və prezentasiya ilə çıxış edib. Slide formatında baş tutan təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Kriptovalyuta üzrə təlimçi Sevda İbrahimova çıxışında insan sağlamlığının iqtisadi asıllığından danışdı.

“Grass Azerbaijan” rəhbəri, Baku.es saytının baş redaktoru Fikrət Məmmədov çıxış edərək qida təhlükəsizliyinin təminatının gələcək nəslin sağlam yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi.

Sonra tanınmış həkim Gündüz Bayramov çıxış edərək qida təhlükəsizliyinin insan sağlamlığının qorunmasındakı rolundan danışdı.

Sonda layihə çərçivəsində hazırlanan videoçarx auditoriyaya təqdim edilib.

COP29

www.yenicag.az

58
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv