Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

media-hightechnic-468x90

2024-cü ildə Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 763 milyon manatdan çox olub.

Yenicag.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 10,9 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,7 % artaraq 3,8 milyard manatdan çox təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 13,7 % artaraq 208,1 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,9 % artaraq 156,9 milyon manata çatıb.

Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,6 % artaraq 1 milyard manatdan çox, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 % artaraq 721,3 milyon manat olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600