Azərbaycanda uşaq doğuş zamanı öldü

media-hightechnic-468x90

56943 (1)Ötən gün Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində uşaq doğuş zamanı dünyasını dəyişib. Azvision-un məlumatına görə, yayılmış informasiyalarda bildirilirki, faciə baş verən ailənin yaxın qohumları körpənin ölümündə həkimi günahlandırıblar.

İddialara görə, həkim uşaq doğularkən onu yerə salıb. Bu səbəbdən də, körpə beyin travması alıb və ölüb.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən verilən açıqlamada iddiaların həqiqətə uyğun olmadığı barədə məlumat verilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məluata görə, körpənin ölümündə həkimin heç bir günahı yoxdur.

“Uşağın anası xroniki anemiya xəstəsi olub. Körpə də dünyaya ürək qüsuru ilə gəlib. Bu səbəbdən də uşağın beyninə qan sızıb. Həkimlər bunu valideynlərə deyəndə, onlar elə biliblər ki. Uşaq yerə düşdüyü üçün ölüb. Biz körpəni ekspertiiyaya da vermək istədik. Valideynlər bununla razılaşmadılar”, – deyə Anar Qədirli bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600