Azərbaycanda "yaşıl energetika"nın inkişafına nə qədər kapitallazımdır? - Açıqlandı

media-hightechnic-468x90

Azərbaycanda 2 qiqavatlıq günəş və külək elektrik stansiyalarının (ES) 2027-ci ilə qədər şəbəkəyə qoşulması ilə bağlı zəruri olan bütün qanunvericilik bazası hazırlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

“1 meqavat gücü olan günəş elektrik stansiyası üçün kapital qoyuluşu 600-800 min ABŞ dolları, külək elektrik stansiyası üçün isə 1,2-1,4 milyon ABŞ dolları arasındadır. Yəni, 2027-ci ilə qədər Azərbaycanda yalnız “yaşıl energetika”nın inkişafı üçün birbaşa xarici investisiyaların məbləği 2 milyard ABŞ dolları nəzərdə tutulur. Kifayət qədər böyük rəqəmdir, bəlkə də neft-qaz sahəsindən sonra ən böyük investisiyadır. Azərbaycan dövlətinin bir manat da olsun bu investisiyalarda payı yoxdur, bunlar birbaşa xarici investorların yatırdığı investisiyalardır”, – deyə o qeyd edib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05